Global G.A.P.

Global G.A.P. standartı, yaxşı kənd təsərrüfatı təcrübələrini inkişaf etdirir və istehlakçılara təsərrüfatdakı qida istehsalı ilə bağlı təminat verir. Global G.A.P. ilə istehsalda zərərli ekoloji təsirlər minimuma endirilir, kimyəvi maddələrin istifadəsi azaldılır və iş sağlamlığı və təhlükəsizliyi təmin edilir.

Global G.A.P. 1997-ci ildə Avropalı böyük pərakəndə supermarketlərin rəflərinə qoyduqları kənd təsərrüfatı məhsullarının təhlükəsiz və insan sağlamlığına zərərli olmadığından əmin olmaq üçün bir araya gəlib qurduqları və həyata keçirdikləri bir təşəbbüsdür. Bu gün bütün dünyada keçərli olan qlobal bir standart halına gəlmişdir. Avropadakı böyük pərakəndə satıcıların və istehsalçıların %70-80-i hazırda Global G.A.P. (EUREPGAP)’ə üzv və ya qeydiyyatlıdır. Global G.A.P. standartı həm fərdi fermerlərə, həm də istehsalçı/fermer qruplarına (məsələn, kooperativlər, böyük ixracatçılar, qablaşdırma müəssisələri və s.) tətbiq edilir; İstehsalçı/Fermer qruplarından əlavə olaraq, Keyfiyyət İdarəetmə Sistemi sənədlərinə dair tələbləri yerinə yetirmələri və istehsalçılar arasındakı əlaqələri idarə edə biləcək səriştəyə malik olmaları da tələb olunur. Bu, Nəzarət Nöqtələri və Uyğunluq Kriteriyaları üçün Enteqre Təsərrüfat Təminatı sistemidir. Global G.A.P. Standartı, texnoloji və bazar inkişaflarını nəzərə almaq üçün davamlı olaraq təkmilləşdirilir və hər dörd ildən bir yenilənir.

Biz sizə necə kömək edə bilərik?

Zəhmət olmasa əlaqə saxlayın.

Sertifikatlaşdırma

Sualiniz var?