Global Orqanik Tekstil Standartı (GOTS)

Qlobal Orqanik Tekstil Standartı (GOTS) bütün toxuculuq tədarük zəncirini müstəqil sertifikatlaşdırma ilə təsdiqləyən və ekoloji və sosial meyarlar daxil olmaqla, orqanik liflər üçün tekstil emal şərtlərini müəyyən edən dünya üzrə aparıcı standartlardan biridir.

Versiya 4.0, Versiya 3.0 təqdim edildikdən 3 il sonra və 1-ci Versiya buraxıldıqdan 9 il sonra, 1 mart 2014-cü ildə buraxıldı. Bu bölmədəki məlumat standartın məzmunu və əsas tələbləri haqqında ümumi məlumat vermək üçün nəzərdə tutulub. Standartdakı bütün meyarları əks etdirmir və buna görə də her hansı bir rəsmi məqsəd üçün istifadə edilə bilməz.

Bu standartın məqsədi ekoloji və sosial cəhətdən məsuliyyətli istehsal yanaşması ilə son istehlakçıya etibarlı təminat təqdim etmək üçün xammalın yığılmasından başlayaraq etiketlənməsinə qədər tekstil məhsullarının orqanik vəziyyətini təmin etmək üzrə şərtləri müəyyən etməkdir.

Tekstil istehsalçıları bütün mühüm bazarlarda qəbul edilən bu sertifikatla öz orqanik parça və geyimlərini asanlıqla ixrac edə bilərlər.

Bu standart ən azı 70%-i sertifikatlı orqanik təbii liflərdən hazırlanmış bütün tekstil məhsullarının istehsalını, emalını, qablaşdırılmasını, etiketlənməsini, ticarətini və paylanmasını əhatə edir. Son məhsullara (lif məhsulları ilə məhdudlaşmır) iplik, parça, geyim, dəbli tekstil aksesuarları (taxılan və ya geyilən), toxuculuq oyuncaqları, ev tekstili, yataq və yataq dəstləri, eləcə də tekstil fərdi qulluq məhsulları daxil ola bilər. Standart dəri məmulatları üçün meyarları müəyyən etmir.

Orqanik Liflər üçün Qəbul Edilmiş Meyarlar

Liflər tanınmış beynəlxalq və ya milli standartlara (IFOAM ailəsi, EEC 834/2007, USDA NOP) uyğun olaraq orqanik sertifikatlaşdırılmalıdır. Bundan əlavə, tətbiq olunan kənd təsərrüfatı standartı imkan verirsə, bu standart çərçivəsində keçid dövrü liflərinin sertifikatlaşdırılması da mümkündür.

Etiketləmə Meyarları: Standart iki ayrı etiketləmə sinifini müəyyən edir:

Etiket Sinifi 1: Organic: “Orqanik” ifadəsini daşıyan tekstil məhsulları ən azı 95% sertifikatlı orqanik lifdən ibarət olmalıdır. Etiket Sinifi 2: Made with % Organic: “% Orqanik hazırlanmışdır” etiket sinfinə malik məhsulda ən azı 70% sertifikatlı orqanik lif olmalıdır. Eyni məhsulda eyni tipli adi və orqanik lifləri qarışdırmaq qadağandır. Məhsulun tərkibində adi pambıq, angora yun və virgin polyesterə icazə verilmir.

Ətraf Mühit Meyarlarından Bəziləri
  • Proses zəncirinin hər mərhələsində orqanik lif məhsulları adi lifli məhsullardan ayrılmalı və aydın şəkildə müəyyən edilməlidir.
  • Bütün kimyəvi daxilolmalar (məsələn, boyalar, köməkçi maddələr və proses kimyəvi maddələr) qiymətləndirilməli və toksiklik və bioloji parçalanma/təmizləmə qabiliyyəti ilə bağlı əsas tələblərə cavab verməlidir.
  • Zəhərli ağır metallar, formaldehid, aromatik həlledicilər, funksional nanohissəciklər, geni dəyişdirilmiş orqanizmlər (GMO) və onların fermentləri kimi maddələr qadağandır.
  • Sintetik su tutma agentlərinin istifadəsi məhdudlaşdırılır. Trikotaj və toxuculuq yağlarının tərkibində ağır metallar olmamalıdır.
  • Oksigen əsaslı ağardıcılara icazə verilir. (Xlor əsaslı ağardıcılardan istifadə etmək olmaz)
  • Karsinogen amin birləşmələri buraxan azo boyalar qadağandır.
  • Aromatik həlledicilərdən istifadə edərək köçürmə çapı və Ftalat – PVC istifadə edərək plastizol çapı qadağandır.
  • Aksessuarlarda da məhdudiyyətlər var (məsələn, PVC, nikel və ya xrom icazə verilmir)
  • Qablaşdırma materialında PVC olmamalıdır. Qablaşdırma materialında istifadə olunan kağız və ya karton, asma etiketlər və s. təkrar emal edilmiş olmalı və ya FSC və ya PEFC-yə uyğun olaraq sertifikatlaşdırılmalıdır.

Bütün yaş texnoloji qurğulardan gələn tullantı suları funksional çirkab su təmizləyici qurğuda təmizlənməlidir.

Məhsul Meyarlarından Bəziləri
  • Xammal, aralıq məhsullar, son toxuculuq məhsulları və aksessuarlar arzuolunmaz qalıqlar üzrə məhdudiyyətlərə cavab verməlidir.
  • Texniki keyfiyyət parametrlərinə cavab verilməlidir (sürtünmə, tər, işıq və yuma davamlılığı və s. dəyərlər)

Sosial Meyarlardan Bəziləri

Beynəlxalq Əmək Təşkilatının (ILO) əsas normalarına əsaslanan sosial meyarların bütün emalçılar və istehsalçılar tərəfindən qarşılanması gözlənilir. Bunlardan bəziləri aşağıdakı kimidir:

  • Məcburi əmək qadağandır.
  • Təşkilatlanma hüququ və kollektiv sövdələşmə hüququna mane ola bilməz.
  • İş şəraiti təhlükəsiz və sağlamlığa uyğun olmalıdır.
  • Uşaq əməyindən istifadə edilə bilməz.
  • Minimum əmək haqqı tətbiq edilməlidir.
  • İş vaxtı müəyyən edilmiş qanuni tələblərə uyğun olmalıdır.
  • Heç bir səbəbdən ayrı-seçkilik tətbiq edilə bilməz.
  • İşçilər müntəzəm işlə təmin edilməlidir.
  • Sərt və ya qeyri-insani rəftar qadağandır

Biz sizə necə kömək edə bilərik?

Zəhmət olmasa əlaqə saxlayın.

Sertifikatlaşdırma

Sualiniz var?